AZƏRBAYCANDA İLK ONLAYN

KURYER XİDMƏTİ

“Kuryer.net” saytı Azərbaycan Respublikası Vergilər Nazirliyinin dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən lisenziya verilmiş “Express Courier Services” MMC-yə məxsusdur. “Kuryer.net” ölkədaxili surətli poçt xidməti və xarici partnyorlarla əməkdaşlıq edərək beynəlxalq ekspress poçt və yük göndərişlərinin çatdırılması xidmətini həyata keçirir. “Kuryer.net” MMC peşəkar və təcrübəli kollektivi ilə Azərbaycanda fəaliyyət göstərən yerli, xarici hüquqi və fiziki şəxslərə keyfiyyətli xidmət göstərir. Əgər Siz yüksək keyfiyyətli kuryer xidməti axtarışındasınızsa, o zaman bizi seçməklə məmnun qalacağınıza zəmanət veririk.

Biz hansı xidmətləri göstəririk?
1. Təcili kuryer sifarişləri
2. Ölkədaxili məktubların və bağlamaların çatdırılması
3. Beynəlxalq ekspress poçt və yük göndərişlərinin çatdırılması
4. Online mağaza sifarişlərinin çatdırılması
5. Dəvətnamələrin çatdırılması
6. Gül buketlərinin çatdırılması

Bizi seçməklə Siz:

1. “Kuryer.net” saytı vasitəsilə göndərişin qiymətini əlavə vaxt itirmədən hesablaya bilərsiniz.
2. “Kuryer.net” saytı vasitəsilə dərhal kuryeri çağırıla bilərsiniz.
3. “Kuryer.net” saytı ilə göndərişin izlənilməsi və çatdırılması barədə məlumat əldə edə bilərsiniz.
4. Sifarişinizin çatdırılması üçün ödənişi kuryerə həm nağd, həm də nağdsız üsullarla edə bilərsiniz.

Bizimlə işləmək nə üçün sərfəlidir?

1. Biz təklif etdiyimiz xidmətləri yüksək təcrübəli, peşəkarlıq səviyyəsi ilə daim fərqlənən kuryerlər ilə həyata keçiririk.
2. Biz göstərdiyimiz keyfiyyətli xidmət müqabilində münasib qiymət təklif edirik.
3. Biz müştərilərin göndərişlərinin məxfiliyinə zəmanət veririk.
4. Biz müştərilərimiz üçün əlverişli ünvanda, Bakı şəhərinin mərkəzində yerləşən ofisimizdə xidmət göstəririk.
5. Biz daimi müştərilərimiz üçün bütün növ xidmətlər üzrə əlverişli qiymət güzəştləri tətbiq edirik.